Bakıda həbsxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı istintaq təcridxanasında həbsdə olan Əşrəf Əşrəflini ziyarətə gələn qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Dolmaların içərisində xüsusi üsulla gizlədilmiş 2,070 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_137021" align="alignnone" width="640"]
Foto Penitensiar Xidməti[/caption]