Bakıda həbsxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Hadisə Binəqədi rayonunda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Nailə Ələkbərova məhkum olan tanışı Əfrail Əliyevi ziyarətə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman gödəkçənin astar hissəsində gizlədilmiş 0,462 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.