Bakı istintaq təcridxanasına narkotik keçirməyə çalışıblar. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Həbsdə olan şəxs Əli Novruzovun dostu məhkumun yanına görüşə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman gödəkçənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.