Bakı Dənizkənarı Bulvarında intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 1 oktyabr tarixində APA məlumat verib.
21 yaşlı Aysel Həsənbəyova həyat yoldaşı ilə mübahisə edərək özünü dənizə atıb. Gənc qadın ətrafda olan şahidlər və xilasedicilərin köməkliyi ilə sudan çıxarılaraq xəstəxanaya çatıdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Həsənbəyova 6 aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.