Bakının Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə 26 oktyabr axşam saatlarında hotelin zirzəmisində qeydə alınıb. Ümumi sahəsi 38 kv.m olan texniki otağın tavan örtüyü əriyib, orada olan əşyalar 3 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, binada olan 25 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Binanın qalan hissəsi alovdan mühafizə olunub, yanğın söndürülüb.