Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 13 sentyabr tarixində xəbər verir.
Rayon ərazisində ikimərtəbəli yaşayış binasının yanar konstruksiyaları və dam örtüyü yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.