Bakıda İran vətəndaşı həmyerlisi tərəfindən dələduzluğa məruz qaldığını iddia edərək polisə müraciət edib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.
37 yaşlı Rasti Moslem Xodadan Səbail Rayon Polis İdarəsinə müraciətində bildirib ki, həmyerlisi, 54 yaşlı Hamidreza Soheyli Şamiran onu aldadaraq külli miqdarda pulunu alıb.
Onun iddiasına əsasən, qarşı tərəf ona məxsus ümumilikdə 47.170 manat pulu ələ keçirib.
Müraciətlə bağlı araşdırma aparılır.