Bakının Binəqədi rayonu, Baləcəri qəsəbəsində “HN-Construction” şirkətinə basqın edilib. Bu haqda bu gün, 7 mart tarixində Oxu.az məlumat verib.
Verilən məlumata görə, iki nəfər ofisin şüşələrini sındıraraq əmlaka ziyan vurub. Ofisə 2000 manata yaxın ziyan dəymişdir.
İlkin məlumata görə, cinayəti Aqşin və Əli adlı şəxslər törədiblər. Faktla bağlı araşdırma aparılır.