Bakının Binəqədi rayonunda yanğın olub. Bu haqda bu gün, 22 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və içərisində olan əşyalar külə dönüb.
Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər, ətrafdakı tikililər yanğından mühafizə olunub.