Bakının Səbail rayonunda, Tərlan Əliyarbəyov küçəsində külək nəticəsində qırılan ağac avtomobilin üzərinə düşüb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
90-UZ-841 dövlət nömrə nişanlı “Daewoo Gentra” markalı avtomobilə ziyan dəyib. Ağac, həmçinin yolun bağlanmasına səbəb olub.
Hadisə yerinə müvafiq kommunal strukturlar cəlb olunub.