Bakıda külli miqdarda saxta pulu dövriyyəyə buraxmaq istəyən şəxs tutulub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Nizami Quliyev 35.900 ABŞ dollarını paytaxt ərazisində müxtəlif yollarla dövriyyəyə buraxmaq istəyib. O, Nərimanov rayonu ərazisində saxlanılıb.
Onun barəsində araşdırmaya başlanılıb.