Paytaxtın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində kütləvi dava baş verib. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
19 yaşlı Elməddin Sadıqov və dostu, 28 yaşlı İdris Ağabalayev bir neçə nəfərlə dava ediblər. Bu zaman onlar müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər və cərrahiyyə əməliyyatı olunublar.