Bakının Qara Qarayev prospektində "BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü naməlum kiş tərəfindən hücuma məruz qalıb. Bu haqda bu gün, 3 noyabr tarixində Baku.ws şirkətin hüquq sektorunun müdiri Rüstəm Cəfərova istinadən məlumat verib.
Verilən məlumata əsasən, 99-OK-278 dövlət markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin qarşısını kəsib və avtobusa hücum edərək təpikləməyə başlayıb. Sürücü dərhal “102” qaynar xəttinə zənq vuraraq hadisə ilə bağlı məlumat verib.
Hücum nəticəsində avtobusa 931 manat məbləğində zərər dəyib. Şirkət nümayəndələri bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.