Bü gün, 8 noyabr səhər saatlarında Bakının Xətai rayonunda 28 yaşlı kişi döyülüb. Bu haqda APA məlumat yayıb.
Hadisə 62 saylı marşrut avtobusunun sonuncu dayanacağında yerləşən kafedə baş verib. 28 yaşlı Nurulla Poladlı üç şəxs tərəfindən döyülüb. O, döş qəfəsinin sümükləri sınıqları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.