Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Sərhədçi” İdman Mərkəzində ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 1 oktyabr tarixində Lent.az məlumat verib.
Stadionda futbol oynayan paytaxt sakini 34 yaşlı Nurkan Bağıyev qəfil ölüb. Bağıyevin ürəktutmasından öldüyü iddia olunur.
Faktla bağlı Xətai rayon prokurorluğu araşdırma aparır.