Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi və qadın arasında bıçaqlanma baş verib. Hər iki şəxs xəsarət alıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Report məlumat verib.
55 yaşlı Qurban Şirəliyev evinə qonaq getdiyi Özbəkistan vətəndaşı olan qadınla mübahisə edib. Nəticədə qadın və kişi bir-birini bıçaqlayıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Qadının ayaq, qarın, boyun və üz nahiyələrində bıçaq zərbələri qeydə alınıb. Həmçinin bıçaq zərbəsi nəticəsində qadının gözü çıxıb.
Kişinin əl və üz nahiyələrində bıçaq zərbələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.