Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən "Ali Baba lounge"da paytaxt sakini döyülüb. Bu haqda bu gün, 17 aprel tarixində APA məlumat verib.
37 yaşlı İsmayıl Abbasov çayxanada hələlik naməlum şəxslə dava edən zaman başından tapançanın qundağı ilə xəsarət alıb. O, xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.