Paytaxtın Binəqədi rayonunda kişi öz doğum günündə bıçaqlanıb. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Keşlə qəsəbəsi, Mirzə Ələkbə Sabir küçəsi, 9 ünvanında baş verib. 57 yaşlı Əli Səfərov doğum günü məclisi keçirib. Məclisdə o, öz həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın öz ərinə bir neçə bıçaq zərbəsi endirib. Kişi yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.