Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Naməlum şəxslər gecə saatlarında Rəşid Behbudov küçəsi, ev 100-ə basqın edərək burada kirayədə yaşayan 39 yaşlı Ruslan Somovun üzünə bıçaqla xəsarət yetiriblər.
Bundan sonra həmin şəxslər evdən 4500 manat pul aparıblar.
Faktla bağlı araşdırma aparılır.