Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində 15 sentyabr, saat 07:00 radələrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Astara rayon sakini B.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Zahir Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.