Nəsimi rayonunda avtomobildən oğurluq edilib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 17 noyabr tarixində xəbər verir.
Rayonun K.Səfərəliyeva küçəsində “Land Rover” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 2 ədəd mobil telefon, içərisində 400 manat pul və sənəd olan 3000 manat dəyərində çanta, 28 May küçəsində isə “Hyundai” markalı digər avtomobildən eyni üsulla çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.