Bakıda meyvə-tərəvəz mağazasında yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan meyvə-tərəvəz satışı mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Bitişik ev yanğından mühafizə olunub.