Bakıda 15 nəfərin telefonunu oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Vüqar Xəlilov paytaxtın Binəqədi rayonunda müxtəlif vaxtlarda ümumilikdə 15 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalara başlanılıb.