Paytaxtda nəqliyyat vasitəsi oğurlanıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 15-də Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən moped oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən K.Qaçayev saxlanılıb.
Hazırda araşdırma aparılır.