Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 17-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Tufan” markalı motosiklet oğurlanıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.