Paytaxt ərazisində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, avqustun 18-də Səbail rayonu, H. Abdullayev küçəsində 800 manat dəyərində motosiklet oğurlanıb.
Səbail RPİ-nin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.
Hazırda araşdırma davam edir.