Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-də saat 22:30 radələrində Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntülərini yayıb. Bu haqda bu gün, 27 aprel tarixində Qafqazinfo məlumat verib.
Hadisə zamanı qeydə alınan videogörüntüdə Əhliman Qasımovun idarə etdiyi “Shacman” markalı yük avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq 34 yaşlı Famil Məhərrəmovun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobilə çarpılıb.
Nəticədə avtomobildə olan sərnişinlər - 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı və 63 yaşlı Xələfova Təranə Xanlar qızı və sürücü Famil Məhərrəmov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin, 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.