Binəqədi rayonunda naməlum şəxs avtobusa hücum edib. Bu haqda BakuPlus.az Patrul.az-a istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Rayonun 9-cu mikrorayon ərazisində orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib.
O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.
Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib.
Araşdırma aparılır.
[caption id="attachment_70558" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]