Metronun “Koroğlu” stansiyası yaxınlığında narkokuryer tutulub. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
22 yaşlı Tofiq Əliyev Bakı şəhəri ərazisində narkokuryerlik edən zaman polisdən qaçmaq istəyərkən tutulub. Onun üzərində 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana aşkarlanıb.
Həmin şəxs barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.
Ötən gün həmin şəxs barəsində videogörüntülər yayılmışdı.