Bakıda narkokuryer saxlanılıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt ərazisində keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Məhəmməd Əliyev tutulub. Ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
O, İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı araşdırmaya başlanılıb.