Bakı şəhəri Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, Əhmədli, NZS və Həzi Aslanov qəsəbələri ərazisində 30 narkotik alverçisi narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib. Baxış zamanı onlarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Saxlanılanların bir çoxu əvvəllər də oxşar cinayətlərə görə məhkum olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.