Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxslər tutulublar. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Lerik rayonunda keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Cəlilabad rayonunun Çünzəli kənd sakinləri Nurlan Mustafalı və əvvəllər məhkum olunmuş Niyaməddin Əmədullayev saxlanılıblar. Onlardan 3 kiloqram marixuana, 100 qram heroin və 100 qram metamfetamin aşkarlanaraq götürülüb.
Şübhəli şəxslərin narkotikləri xaricdəki narkotacir vasitəsilə əldə etdikləri və Bakıda satmaq niyyətində olduqları məlum olub.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_128746" align="alignnone" width="640"]
Foto DİN[/caption]