Bakının Nizami rayonu, “Neftçilər” metrosu yaxınlığında narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
90-NY-387 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “saxla” işarəsinə məhəl qoymayaraq, hərəkətinə davam edib. Nəticədə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, sürücü Mahir Qasımov digər hərəkət iştirakçılarının da həyatı və sağlamlığı üçün təhlükə yaradıb.
O, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, həmçinin narkotik qəbul etdiyi də müəyyən olunub.
Qasımov barədə inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/video2.mp4"][/video]