Bakıya narkotik aparan şəxs Şəkidə tutulub. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Feerasiyasında oğurluğa görə məhkum olunmuş Şirxan Muxtarov Şəkidə saxlanılıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, 500 qram metamfetamin və 120 ədəd metadon həbi aşkarlanıb.
Şübhəli şəxsin narkotikləri Bakıya apararaq orada satmaq niyyətində olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanıb.
[caption id="attachment_132941" align="alignnone" width="640"]
Foto DİN[/caption]