Bakıda binaların blokunda narkotik satan şəxsin məhkəməsi başlayır. Bu haqda 4 dekabr tarixində Report məlumat verib.
Sosial şəbəkələrdə Xətai rayonunda binaların birinin blokunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsin videogörüntüləri yayılıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Murad Əsədzadə saxlanılıb. Onun üzərində 10 büküm satış üçün qablaşdırılan heroin aşkar olunub.
Faktla bağlı Əsədzadə barəsində cinayət işi başlanılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.