Bakıda pul və notbuk oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus Daxili İşlər Nazirliyinə istinadən 28 yanvar tarixində xəbər verir.
Ötən ilin 24 noyabr tarixində Nəsimi rayonunda evlərin birindən 630 manat pul və notbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev yanvarın 27-i saxlanılıb.
Araşdırmalar davam edir.