Paytaxtda evlərdən oğurluq edən 2 nəfər saxlanılıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda evdən 4200 manatlıq qızıl-zinət əşyası, 150 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Z.Verdiyev saxlanılıb.
Sabunçu rayonunda isə Bakı şəhər sakini Ə.Həsənov evdən 700 manat dəyərində qol saatı və ümumi dəyəri 1200 manat olan televizor, soyuducu və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.