Bakıda mobil telefon oğurlamaqda və dələduzluq etməkdə şübhəli şəxs saxlanılıb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, polis əməkdaşları Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir nəfərdən və 2 avtomobildən mobil telefon oğurlamaqda, bir nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bililnən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Qulam Qulamovu saxlayıblar.
Şəxsi axtarış zamanı ondan heroin ələ keçirilib.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs, həmçinin ötən il dekabrın 27-də saat 2:00 radələrində Biləcəri qəsəbəsi ərazisində sərnişini olduğu “Khazar” markalı avtomobilin sürücüsünün 65 manatını və mobil telefonunu quldurluq yolu ilə talayıb. Faktla bağlı araşdırma aparılır.