Bakıda oyuncaq metal tapança satan şəxs tutulub. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
33 yaşlı Behzad Səmədov İnstagram və Facebook sosial şəbəkələrində “VlP_Airsoft.az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub.
Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək pulları mənimsəyib.
Faktla bağlı araşdırmalar davam edir.