Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bu haqda APA 27 dekabr tarixində xəbər verib.
Rayonun 8 noyabr prospektində 52 yaşlı Famil Əliyev yolu keçərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.