Bakı-Sumqayıt şosesində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yol qəzası qeydə alınıb. Bu haqda bu gün, 28 aprel tarixində APA məlumat verib.
55 yaşlı Məmməd Məmmədov sükan arxasında yuxulayaraq idarə etdiyi avtomobili hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə çarpıb.
Toqquşma nəticəsində “Prius”un sürücüsü kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakt araşdırılır.