Bakının Yasamal rayonu, Ümüd Əkbərov küçəsində fərdi evin həyətindən oğurluq edilib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Hadisə ötən gün saat 17:40 radələrində baş verib. Evdə adam olduğunu görən oğrular həyətdəki qədim samovarı götürərək ərazidən uzaqlaşıblar. Oğurluq hadisəsi müşahidə kamerasına düşüb.
Daxili İşlər Nazirliyinin rəsmisi Nurlan Əliyevin sözlərinə görə, faktla bağlı araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.