Bu gün, 15 noyabr tarixində Bakının Yeni Günəşli qəsəbəsidə 44 günlük Vətən müharibəsi qazisi İslam Əlizadə dünyasını dəyişib.
Ölümün səbəbi hələki məlum deyil. 28 yaşlı döyüşçü yuxuda ölüb. Səbəbi təyin etmək üçün ekspertiza aparılır.
Ailə üzvlərinin sözlərinə görə, o, 2 həftə öncə ikinci dəfə ata olub.
İslam Əlizadə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir.