Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır. Bu haqda 19 yanvar tarixində Report məlumat verib.
Sabunçu rayonunda 15 sentyabr 2021-ci ildə 47 yaşlı İlqar İsmayılov münaqişə zamanı 30 yaşlı Cabir Abulovu bıçaqlayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. İsmayılov saxlanılıb və istintaqa cəlb edilib.
Onun cinayət işi, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.