Nəsimi rayonunda evdən oğurluq edən qadın saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.
Noyabrın 1-də A.Əliyev küçəsindəki evlərin birindən 4530 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.