4 oktyabr tarixində Bakıda yol qəzası törədib qaçan sürücü tutulub. Hadisə Nərimanov rayonunda baş verib. Bu haqda Report xəbər verib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da rayon ərazisində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əhmədov müəyyən edilərək saxlanılıb.
Qəza nəticəsində 3 nəfər xəsarət almışdır.