Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində iyunun 9-da səhər saatlarında “Toyota” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Araşdırma zamanı vətəndaşın mobil telefonunu və avtomobilinin açarını onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb. Araşdırma davam edir.