Paytaxtda vətəndaşların biri kiberdələduzluqla üzləşib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sakinlərdən biri sosial şəbəkədə qadınla tanış olub. Qarşı tərəf ona kinoya getməyi təklif edib və bilet almaq üçün link göndərib. O da həmin linkə daxil olaraq, bank kartının məlumatlarını əlavə edib. Nəticədə “qadın” onun 1750 manatını mənimsəyib.
DİN vətəndaşlara kart məlumatlarını sirr saxlamağı, kiməsə etibar etməməyi tövsiyə edir. Bildirilib ki, belə hallarla üzləşdikdə dərhal polisə məlumat verilsin.