Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini K.Məhərrəmova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.