Bakıda qadın dəmiryol qatarının altında qalıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Paytaxtın Qaradağ rayonunda baş verən hadisə zamanı qadın həyatını itirib.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.